Hollandiya millisinin sabiq üzvü Xalid Bulahruz karyerasını başa vurub.
Qol.Az-ın "Voetbal İnternational"a istinadən verdiyi xəbərə görə, bu barədə 34 yaşlı futbolçunun özü məlumat verib.
Şəxsi həyatının daha önəmli olduğunu bildirən Bulahruz qərarını belə əsaslandırıb: "İtaliya və Hindistandan təkliflər aldım. Lakin karyeramı başa vurmaq qərarına gəldim. Çünki həyatımda futboldan daha önəmli şeylər var. Məsələn, uşaqlarım. Bundan sonra vaxtımı ailəmə həsr etmək istəyirəm".
Qeyd edək ki, karyerası ərzində "Hamburq", "Çelsi", Ştutqart", "Sportinq" kimi klubların şərəfini qoruyan Bulahruzun son komandası ölkəsinin "Feyenoord" klubu olub. O, Hollandiya yığması ilə "DÇ-2010"nun gümüş mükafatını qazanıb.
Xatırladaq ki, daha öncə "DÇ-2010"nun daha bir hollandiyalı gümüş mükafatçısı Conni Heytinqa 32 yaşında karyerasını başa vurub.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi