Mourinyo gəlsə, onlar gedəcək...

Mourinyo gəlsə, onlar gedəcək...
GÜNDƏM 11 Fevral 2016 / 13:02 9711
-  A +

"Mançester Yunayted"in futbolçuları - Xuan Mata və Maruan Fellaini mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu, Joze Mourinyonun "Mançester Yunayted"in baş məşqçi vəzifəsinə gətiriləcəyi təqdirdə baş verəcək.

Britaniya mətbuatı iddia edib ki, mövsümün sonunda istefaya göndəriləcək Lui van Qalı məhz Mourinyo əvəzləyəcək. Artıq gələcək planları ilə bağlı "qırmızı-şeytanlar"ın vitse-prezidenti Ed Vudvordu məlumatlandıran portuqaliyalı mütəxəssisin adı çəkilən futbolçuları komandasında görmək istəmədiyi bildirilir.

Mourinyo daha öncə 2014-cü ilin yanvar ayında "Çelsi"də işlədiyi müddətdə Matanı 37 milyon funt-sterlinq müqabilində "Mançester Yunayted"ə satıb.

Qeyd edək ki, yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracağı gözlənilən Mourinyonun ingilis klubunda ilinə 20 milyon avro qazanacağı iddia olunur.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner