"CBC Sport"un rəhbəri dəyişdi

"CBC Sport"un rəhbəri dəyişdi
GÜNDƏM 16 Yanvar 2016 / 17:46 6500
-  A +

"CBC Sport" telekanalının baş direktor vəzifəsində dəyişiklik edilib.

Qol.Az-ın xəbərinə görə, bu barədə telekanalın rəsmi "facebook" səhifəsi bəyanat yayıb.  

Bəyanatda deyilir: "CBC Sport" telekanalının baş direktoru İlham Rüstəmovla müqavilə müddəti 6 ay olub və həmin dövr artıq başa çatıb. "CBC Sport" telekanalı İlham Rüstəmova gördüyü işlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır!

"CBC Sport" telekanalının baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üst icra edəcək. 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib".




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır