"Bir az rahat nəfəs aldıq" – Tərlan Əhmədov

"Bir az rahat nəfəs aldıq" – Tərlan Əhmədov
GÜNDƏM 13 Dekabr 2015 / 17:52 3390
-  A +

“Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, komandada çatışmazlıqların çox olduğunu bildirib: "Məqsədimiz 3 xal qazanmaq idi. Üç xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda çalışacağıq ki, qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək”.

Daha çox


Son xəbərlər