"İki penaltimiz verilmədi" - Yunis Hüseynov

"İki penaltimiz verilmədi" - Yunis Hüseynov
GÜNDƏM 6 Dekabr 2015 / 19:12 4730
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Qol.Az-ın PFl-in saytına istinadən yaydığı xəbərə görə, o, keçirdiyi mətbuat konfranında bunları deyib:

“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”.

Daha çox


Son xəbərlər