"Nə etmişik ki, rahatlaşaq?" – Əsgər Abdullayev

"Nə etmişik ki, rahatlaşaq?" – Əsgər Abdullayev
GÜNDƏM 6 Dekabr 2015 / 18:34 4281
-  A +

“Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev  "Zirə" ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Abdullayev əlavə edib: "Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.

Daha çox


Son xəbərlər