İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 3-cü dəfə "İlin qalibləri" layihəsini həyata keçirəcək.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, layihə yenə 3 mərhələdən ibarət olacaq.
Birinci mərhələ - 2015-ci ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə aparıcı KİV-lərin idman jurnalistləri arasında sorğu aparılacaq. Sorğuda 8 nominasiya üzrə qalibləri seçmək imkanı yaradılacaq:
1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (bütün kollektiv yarışlar üzrə);
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə);
7. İlin mətbuat katibi;
8. İlin idman jurnalisti;
Ötən il olduğu kimi, bu dəfə də İAM-ın Ekspert Qrupu tərəfindən nominasiyaların ilk 6-sı üzrə konkret namizədlər təklif olunacaq. Eyni zamanda, respondentlərə öz namizədini göstərmək imkanı yaradılacaq. Amma əvvəlki illərdən fərqli olaraq, bu dəfə "İlin əcnəbi idmançısı", "İlin baş məşqçisi" və "İlin mətbuat katibi" nominasiyalarında respondentlər futbol və digər idman növləri üzrə 2 şəxsin, "İlin komandası" nominasiyasında isə eyni qayda ilə 2 komandanın adını göstərəcəklər. Bu addım digər növləri təmsil edənlərin əməyinin daha populyar olan futbol sahəsindəkilərin kölgəsində qalmaması üçün atılıb. Respondentlər qalan nominasiyalar üzrə bir nəfərə səs verə və ya daha layiqli saydığı namizədini göstərə bilər.
İkinci mərhələ - sorğu yekunlaşdıqdan sonra İAM-ın Ekspert Qrupu verilən səslərə əsasən, qalibləri müəyyənləşdirəcək.
Üçüncü mərhələ - Qaliblər KİV-lərin və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, ilk layihə 2013-cü il dekabrın 18-də həyata keçirilib. 34 KİV-in qatıldığı həmin sorğu nəticəsində 7 nominasiya üzrə qaliblər “Qafqaz Baku City" otelində mükafatlandırılıb. Növbəti sorğuda 41 KİV-in müəyyənləşdirdiyi 8 nominasiya üzrə qaliblər 2014-cü il dekabrın 24-də "Demirchi Tower"də təltif olunublar.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"