Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin hücumçusu Sergey Zenyov Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-a uduzmadınız. Qarşılaşma haqda nə deyə bilərsən?
- Məğlub olmaqdansa, heç-heçə pis nəticə deyil. Təbii ki, məqsədimiz qələbə qazanmaq idi. Ancaq sonda 1 xalla kifayətləndik.
- Oyunu qələbə ilə başa vurmaq üçün nə çatmadı?
- Qapıya dəqiq zərbələr endirə bilmədik. Bəzən sonuncu ötürmələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bir neçə şansımız olsa da, bundan yararlana bilmədik.
- "Panatinaikos"la pley-off matçında yerli azarkeşlərin çılğınlığının şahidi olmuşduq. Lakin PAOK-un fanatları elə də fəal deyildilər. Bu, sənin üçün sürpriz olmadı?
- Bu məqam məni də təəccübləndirdi. Təxminən 4 il öncə Ukrayna klubunun heyətində PAOK-a qarşı oynamışdım. Həmin vaxt stadion azarkeşlərlə dolu idi. Onlar dayanmadan, 90 dəqiqə ərzində komandalarına dəstək verirdilər. Ancaq bu dəfə belə olmadı. Yəqin ki, azarkeşlərlə klub arasında hansısa problem var.
- PAOK-la oyundan əvvəl artıq “Krasnodar” - “Borussiya” (1:0) matçının nəticəsini bilirdiz. Bu sizin oyununuza nə dərəcədə təsir göstərdi?
- Bunu hiss etdirməməyə çalışırdıq. Biz "Borussiya"nın qələbəsini arzu edirdik. Son tura qədər qrupdan çıxmaq şansımızın qalacağına inanırdıq. Təəssüf ki, istəyimiz baş tutmadı.
- Rəqibiniz necə təsir bağışladı?
- PAOK ilk hissədə yaxşı oyun nümayiş etdirdi. Lakin fasilədən sonra rəqib zəif təsir bağışladı. Bu, yorğunluqla əlaqəli ola bilər.
- Bazar ertəsi Azərbaycan Premyer Liqasında "Rəvan"la qarşılaşacaqsınız. Necə düşünürsən, bu görüşdə qələbəsizlik seriyasına son qoya biləcəksiniz?
- PAOK-a qalib gəlsəydik, bu inamımızı bir qədər də artırardı. Növbəti matçımız evdə "Rəvan"a qarşı olacaq. Bu görüşdə mütləq qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. Tam gücümüzlə qarşıdakı matça hazırlaşacağıq.
Vüsal HÜSEYN
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu