Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin futbolçusu Vaqif Cavadov oyundan sonra Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Oyunla bağlı fikirlərini öyrənək...
- Yaxşı oyun alındı. Deyərdim ki, həm birinci, həm də ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə qol vura bilmədik. Komanda olaraq yaxşı oynadıq. Bu görüşdə qalib gəlməli idik.
- Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə səni meydana buraxarkən hansı tapşırığı verdi?
- Komandaya həm müdafiədə, həm də hücumda kömək etməyi tapşırdı.
- Necə düşünürsən, həmin vəzifənin öhdəsindən gələ bildin?
- Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olardı.
- Oyuna aktiv başladın. Start heyətində meydana çıxsaydın, komanadaya daha faydalı olacağını gözləmək olardı?
- Bura gəldiyim ilk gündən hər zaman meydana çıxmağa hazır olduğumu söyləmişəm. Ancaq kimin meydana çıxıb-çıxmayacağı baş məşqçinin səlahiyyətindədir. Mənim bu barədə nəsə söyləməyim doğru olmaz. Təbii ki, öz adımı qoruyub saxlamaq və komandama fayda vermək üçün hər oyunda meydana çıxmaq istərdim.
- Son dəqiqələrdə komanda qol vura bilərdi. Həmin epizodda məsuliyyəti üzərinə götürərək uzaq məsafədən zərbə endirdin...
- Bilirsiniz ki, mənim qol vurmaq imkanım olsa belə, ötürmə verərəm. Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə son dəqiqələr olduğu üçün uzaqdan zərbə endirmək qərarına gəldim. Topu itirməkdənsə, qapıya zərbə endirmək daha yaxşıdır.
- Qrupun digər matçında "Krasnodar"ın "Borussiya"ya (Dortmund) qalib gəlməsi oyununuza nə dərəcədə təsir göstərdi?
- "Krasnodar"ın qələbəsinin bizim oyuna təsiri ola bilməzdi. Bu oyunda həm biz, həm də PAOK qələbə qazanmaq istəyirdi. Əlbəttə, istəyərdik ki, "Borussiya" "Krasnodar"a qalib gəlsin və bizim də qrupdan çıxmaq uğrunda mübarizəmiz davam etsin. Lakin bu oyundan öncə artıq "Krasnodar" - "Borussiya" matçının nəticəsini bilirdik. Bununla belə, PAOK-la görüşdə qələbə qazanmaq istəyirdik. Lakin 1 xal da pis nəticə deyil. Çalışacağıq ki, Bakıda "Krasnodar"a qalib gələk.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu