Avropa Liqasının qrup mərhələsində dünən Bakıda “Qarabağ”ın “Tottenhem”ə uduzmasından (0:1) sonra Ağdam klubunun növbəti mərhələyə hansı halda çıxacağı ilə bağlı müzakirələr başlayıb.
Qol.Az-ın xəbərinə görə, son turda “Qarabağ” səfərdə “Anderlext”in, “Monako” isə “Tottenhem”in qonağı olacaq.
Hazırda qrupda sıralama belədir:
1. “Tottenhem”: 5 oyun, 10 xal
2. “Anderlext”: 5 oyun, 7 xal
3. “Monako”: 5 oyun, 6 xal
4. “Qarabağ”: 5 oyun, 4 xal
Turnir cədvəlindən göründüyü kimi, Ağdam təmsilçisi son turda qalib gəlsə, onun “Anderlext”lə xalı bərabərləşəcək. “Qarabağ”ın növbəti mərhələyə çıxması üçün qələbə qazanması mütləqdir. Lakin bunun üçün “Monako”nun səfərdə artıq “pley-off”a vəsiqəni təmin edən “Tottenhem”lə oyunda xal itirməsi vacibdir. Əgər Londondakı qarşılaşmada “Monako” qələbə qazansa və “Qarabağ” da “Anderlext”i udsa, o zaman qrup ikincisi kimi növbəti mərhələyə Knyazlıq təmsilçisi vəsiqə qazanacaq.
Yox, əgər “Monako” “Tottenhem”lə oyunda hətta bir xal qazansa, “Qarabağ” isə qalib gəlsə qrup ikincisi Ağdam təmsilçisi olacaq.
Məsələylə bağlı “Qarabağ” klubundan Qol.Az-a bildirilib ki, UEFA-nın Avroliqanın 2015/16 mövsümü ilə bağlı əsasnaməsinə görə, xallar bərabər olarsa, top fərqi deyil, komandalar arasında şəxsi oyunlardakı göstəricilər əsas götürülür.
“Qarabağ” “Anderlext”ə qalib gəlsə…
Fərz edək ki, “Qarabağ” “Anderlext”i udur, “Monako” isə “Tottehhem”dən bir xal alır, bu halda hər üç komandanın 7 xalı olacaq. UEFA-nın əsasnaməsinə görə, 2-3 və 4-cü yeri tutan komandaların xalları bərabər olsa, bu halda 3 klubun sırf öz aralarındakı oyunda qazandığı xallar əsas götürülür. Belə olan halda şəxsi oyunlardakı xal sıralaması aşağıdakı kimi olacaq:
“Qarabağ” - 7 (“Anderlext”lə oyunlarda 6 xal, “Monako”yla oyunda 1 xal)
“Monako” – 5 (“Qarabağ”la oyunlarda 4, “Anderlext”lə oyunda 1 xal)
“Anderlext” – 4 (“Monako”la oyunlarda qazanılan 4 xal)
Beləliklə, hazırda “Qarabağ”ın rəqibləri ilə müqayisədə top fərqi yaxşı olmasa da (-3, “Anderlext”də +1, “Monako”da -1) şəxsi oyunlardakı göstəriciyə görə, son turda qazanılan qələbə Ağdam klubunu növbəti mərhələyə çıxaracaq ("Monako"nun xal itirəcəyi halda).
Qeyd edək ki, təkcə Avroliqada deyil, UEFA-nın Çempionlar Liqası yarışında da xallar bərabər olsa, komandalar arasında şəxsi oyunlardakı nəticələrə üstünlük verilir.
Məsələn, təqdim etdiyimiz bu şəkildəki cədvəl UEFA-nın rəsmi saytından götürülüb.
Cədvəldən göründüyü kimi, ÇL-in E qrupunda 5 xalı olan “Roma”da top fərqi -5 olsa da, eyni xal yığan və top fərqi italyanlardan da yaxşı olan (+1) “Bayer” sıralamada geridə qalır. Bu isə onunla əlaqədardır ki, şəxsi göstəricilərdə “Roma” “Bayer”dən üstündür (4:4, 3:2).
Bu qrupda hər iki komanda son turda qalib gəlib səkkiz xal toplasa, o zaman növbəti mərhələyə məhz “Roma” çıxacaq.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu