"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirilən oyunla (0:1) bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın xəbərinə görə, o, jurnalistlərin matçla bağlı bir neçə sualını cavablandırıb.
- Səncə, niyə qələbə qazana bilmədiniz?
- Bizim üçün çox ağır oyun oldu. Çoxdan idi evdə belə çətin oyunumuz olmamışdı. Rəqib futbolçuların ustalıq səviyyəsi göz qabağında idi. Biz də öz növbəmizdə mübarizə apardıq. Rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Amma sonda standart vəziyyətdən sonra qol buraxıb məğlub olduq.
- Komandanız standart vəziyyətlər, künc zərbələri zamanı çox qol buraxır. Bunun qarşısını almaq niyə mümkün olmur?
- Bizim əksər futbolçuların boyları rəqiblərlə müqayisədə qısadır. "Monako", "Tottenhem", "Anderlext"... Ümumiyyətlə, Avropa klublarının futbolçuları həm ucaboydur, həm də ustalıq səviyyələri çoxdur. Həm də o futbolçuların qiyməti 10-15 milyondur. Bizim futbolçular texniki futbola üstünlük verir. Amma düşünürəm ki, yenə də pis oynamadıq. Rəqib 13 künc zərbəsindən ancaq birindən istifadə edə bildi. Avropa oyunlarında bu tip komandalara qarşı standart vəziyyətlərdə mübarizə aparmaq çox çətindir.
- Reynaldonun yoxluğu özünü göstərir?
- Onun yoxluğu hər zaman hiss olunur. Reynaldo bizim üçün önəmli futbolçudur. Hücumlar, əks-hücumlar zamanı o, çox faydalı idi. Uşaqlar bu gün meydanda çalışdılar, əziyyət çəkdilər ki, Reynaldonun yoxluğunu hiss etdirməyək. Heç-heçə də edə bilərdik. Bunun üçün imkanlarımız çox oldu. Sadəcə, alınmadı.
- Bundan sonrakı şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Səhv etmirəmsə, mərhələ adlamağımız üçün bizə Belçikada "Anderlext" üzərində bir top fərqi ilə qələbə sərf etməyəcək. Onu bilirəm ki, çətin olacaq. Çalışacağıq sonadək mübarizə aparaq.
- Buraxdığınız qoldan sonra stadion boşalmağa başladı.
- Tam əksinə azarkeşlər qol buraxandan sonra da meydanda bizi dəstəkləyib, daha çox irəliyə səsləməyə başladılar. Ola bilsin ki, hansısa azarkeş oyundan sonra sıxlıq yaranmasın deyə stadionu tərk edib. Amma qrup mərhələsinin bütün ev oyunlarında azarkeşlərdən yaxşı dəstək gördük. Biz də çalışdıq ki, onları utandırmayaq. Düşünürəm ki, bütün ev oyunlarımızda layiqli mübarizə apardıq. Ümumiyyətlə, ötən illərdəki oyunlarda rəqiblərə daha çox qol imkanı yaratdıq. Amma indi çox oyunda meydanda başabaş mübarizə gedirdi. Təəssüf ki, bəzi oyunlarda heç-heçə etdik və ya məğlub olduq. Bu mövsüm qrupda daha çox xal toplaya bilərdik. Amma heyətlə bağlı çoxlu problemlərimiz, itkilərimiz oldu. Reynaldo yox idi, Çumbinyo tam formada deyil. Mən də yarısağlam oynayırdım. Yəni komandamız tam formada deyildi.
- Əlinizə düşən epizodlardan yararlana bilməmənizin səbəbi nə idi?
- Belə oyunlarda asan deyil. Hər epizoddan 100 faiz istifadə etmək olmur. Bəzən azarkeşlərimiz önündə futbolçularımızda da həyacan olur. Belə epizodlarda soyuqqanlı davranmaq lazımdır. Ustalıq səviyyəsi daha çox olmalıdır.
- Hiss olunurdu ki, Cavid Tağıyev matça tam hazır deyil.
- Təbbi ki. O zədədən təzə çıxıb. Cavid də bizim üçün önəmli futbolçudur. Amma zədədən sonra bu oyuna qədər cəmi bir matçda meydana çıxmışdı. Yenə qeyd edirəm “Tottenhem”lə matça tam istədiyimiz formada çıxa bilmədik. Amma bütün futbolçularımıza təşəkkür edirəm. Meydanın hər qarışı uğrunda mübarizə apardılar.
- Özünü zədədən sonra necə hiss edirsən?
- Bu gün meydana çıxsam da, mülicəm davam edir. Hələ zədəmi tam sağaltmamışam. Çox ehtimal ki, "Neftçi"yə qarşı oynamayacağam.
Ergün SEYİD
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır