Qurban Qurbanov: "Mərhələ adlamaq çox çətindir"

Qurban Qurbanov: "Mərhələ adlamaq çox çətindir"
ÖLKƏ FUTBOLU 27 Noyabr 2015 / 00:45 7922
-  A +

"İstəməzdik ki, evdəki son oyunda uduzaq. Təəssüf ki, istədiyimiz oyun alınmadı".

Qol.Az-ın "sportnet.az"a istinadən yaydığı xəbərə  görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə  0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, futbolçularından razı qaldığını bildirərək, azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb. Qrup mərhələsindəki bütün rəqiblərinin güclü olduğunu deyən Qurbanov mümkün olmayanı etməyə çalışdıqlarını bildirib: "Qol epizodlarını yada salsaq, şanssızlıq olduğunu deyə bilərik. Amma nəticə oyuna görə oldu".

43 yaşlı mütəxəssis təcrübələrinin ildən-ilə artdığını vurğulayıb: "Biz bu təcrübədən maksimum yararlanmağa çalışacağıq. Desəm ki, mərhələ şansımız var, düz olmaz. Şansımız yoxdur demək də olmur. Real yanaşmaq lazımdır: Mərhələ adlamaq çox çətindir. Biz zəif olsaq belə, qələbə haqda düşünməliyik. Bəzən xarakter hesabına qalib gəlməlisən".

Daha çox


Son xəbərlər