"Futbolçulara dedim ki..." – Tahir Gözəl

"Futbolçulara dedim ki..." – Tahir Gözəl
ÖLKƏ FUTBOLU 27 Noyabr 2015 / 00:50 9050
-  A +

"Çox maraqlı və gözəl oyun olduğunu deyə bilərəm.  Komandamız sonradan özünə gəlib güclü oyun sərgilədi. Qələbə qazanmaq istəyirdik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl "Tottenhem"lə oyundan (0:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Rəqibin gücündən danışan klub rəhbəri "Qarabağ"la fəxr etdiyini vurğulayıb: "Əlbəttə, rəqib çox güclü idi. "Tottenhem” böyük komandadır. Qolumuzun ofsaytdan vurulması da bəxtsizlik idi. Nədənsə, "Qarabağ”ın ofsaytlarla bağlı bəxti gətirmir. Məncə, əlimizdən gələni etdik”.

Ümumiyyətlə, qrupumuz çox çətin idi. Amma özünüz gördünüz ki, "Qarabağ” bütün oyunlarda sona qədər mübarizə apardı. Hər zaman qələbə şansı olan bir komanda idik. Klubumla fəxr edirəm. Məncə, Azərbaycanı layiqincə təmsil etdik. "Anderlext”lə oyunumuz var. Onu qazansaq belə, yekunda necə olacağını bilmirəm. Amma futbolçulara da dedim ki, Belçika səfərindən qələbə ilə dönsək, bu, bizim üçün mənəvi dəstək, motivasiya olacaq”.

Daha çox


Son xəbərlər