"Tottenhem"in baş məşqçisi üzr istədi: "Buna mən də üzülürəm"

"Tottenhem"in baş məşqçisi üzr istədi: "Buna mən də üzülürəm"
ÖLKƏ FUTBOLU 27 Noyabr 2015 / 00:39 14009
-  A +

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ”ın qonağı olan "Tottenhem"  1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.

Qol.Az-ın  "sport7.az"a istinadən yaydığı xəbərə görə,  görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirən qonaqların baş məşqçisi Maurisio Poçettino növbəti mərhələyə adladıqları üçün xoşbətx olduğunu bildirib.
 
- Bazar günü "Çelsi”yə qarşı oynayacaqsız. Çətin olmayacaq?

- Komandam Londona yaxşı əhval-ruhiyyədə qayıdacaq. Bəlkə fiziki cəhətdən istədiyimiz formada olmayacağıq. Amma yol boyu tibbi heyət oyunçuların durumunu qaydasına salmağa çalışacaq.
 
- "Monako” ilə görüşə ehtiyat qüvvəni buraxacaqsız?

- Bizim üçün bütün oyunlar önəmlidi və "Monako” önünə qələbə üçün çıxacağıq.
 
- Harri Keynin "Çelsi”yə keçidi gündəmdədi...

- Bu cür şayiələrin olması normaldı. Keyn komandamızda xoşbəxtdi. Bundan sonra da bizim əsas oyunçumuz olacaq.
 
- Bir epizodda Pupon zədələnsə də, futbolçularınız topu kənara vurmadılar. Buna münasibətiniz necədi?

- Təbii ki, buna mən də üzülürəm. Razı qalmadım. Futbolçunun yerdə qaldığı imkanda topu kənara atmaq mümkün deyildi. Mən yenə də təəssüf hissi keçirirəm. Üzr istəyirəm. Amma hakim də müdaxilə edə bilərdi. Əlavə etmək istəyirəm ki, Bakıda azarkeşlərin davranışı bizim üçün müsbət mənada sürpriz oldu.

Daha çox


Son xəbərlər