"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PAOK-la keçiriləcək oyunöncəsi Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Komanda PAOK-la oyuna nə dərəcədə hazırdır?
- Axşamkı görüşə tam hazır olduğumuzu düşünürəm. Sadəcə, bir itkimiz var. Dodo bu görüşdə iştirak edə bilməyəcək. Ancaq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bakıdakı görüşdə PAOK-la 0:0 bərabərə qaldınız. Rəqibiniz haqda nə deyə bilərsən?
- PAOK yaxşı komandadır. Çox çətin oyun olacaq. Buna baxmayaraq, Salonikiyə 3 xal üçün gəlmişik. Çünki əks təqdirdə qrupdan çıxmaq şansımız qalmayacaq.
- Qrupdan çıxmaq yolunda Rusiyada keçiriləcək "Krasnodar" - "Borussiya" (Dortmund) matçının da nəticəsi sizin üçün az əhəmiyyət kəsb etmir...
- Əlbəttə, həmin görüşün nəticəsi bizim üçün çox önəmlidir. "Krasnodar"ın məğlubiyyəti işimizə yarayacaq. Baxaq, görək "Borussiya" nə edəcək. Bəlkə də Dortmund təmsilçisi qrupdan çıxmaq üçün bizə yaxşı şans yaradacaq.
- Bu görüşdə qələbə qazanmaq şansınızı necə qiymətləndirirsən?
- Şansları bərabər görürəm. Çünki Avropa Liqasının qrup mərhələsində zəif rəqib olmur. Hansı komanda daha yaxşı hazır olacaqsa, o da qələbə qazanacaq. İnanıram ki, həmin komanda elə biz olacağıq.
- Komandada olan digər yerli futbolçulara nisbətən sənin Avropa Liqasında təcrübən daha böyükdür. Səncə, "Qəbələ"nin qrup mərhələsində daha yaxşı çıxış etməsi üçün nə çatmadı?
- Təcrübəsizliyi qeyd edərdim. Çünki "Qəbələ" ilk dəfədir ki, qrup mərhələsində oynayır. Bunun özü də böyük uğurdur. Cari mövsüm Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşən iki komandadan biri də biz olduq. Sadəcə, qrup mərhələsində oyunlarımız bir qədər alınmadı. Bunu da təcrübəsizliklə əlaqələndirərdim. Ümid edirəm ki, "Qəbələ" qarşıdakı illərdə Avropa Liqasında daha uğurlu çıxış edəcək.
- Azərbaycan Premyer Liqasının son 5 turunda qələbə qazana bilməməyinizin səbəbini nədə görürsən?
- Məncə, komanda "qara zolağ"a düşüb. Bu uğursuzluğa son qoymaq üçün bizə bir qələbə lazımdır. Əgər bunu bacarsaq, tam fərqli "Qəbələ" görəcəksiniz.
- Artıq lider "Qarabağ"dan 9 xal geri qalırsınız. Səncə, bu fərqi aradan qaldırmaq mümkün olacaqmı?
- Çətin olmağına çətin olacaq. Çünki "Qarabağ" güclü komandadır. Ancaq dediyim kimi, bir qələbə qazansaq, komanda "qara zolaq"dan çıxacaq və tam fərqli oyun nümayiş etdirəcəyik. Həm Avropa Liqasında, həm də ölkə çempionatında oynadığımız üçün futbolçularda yorğunluq olur. Avropa Liqasındakı oyunumuzdan sonra çempionat matçına köklənmək bizə çətinlik yaradır. Ancaq bu, "Qarabağ" üçün problem deyil. Çünki onlar ardıcıl ikinci mövsümdür Avropa Liqasının qrup mərhələsində oynayır və artıq onlar sıx qrafiklə oyuna çıxmağa vərdiş ediblər. Əgər Premyer Liqanın növbəti turlarında bir qələbə qazansaq, inanıram ki, uğurun ardı gələcək.
- Çempionluq uğrunda mübarizədə özünüzə "Qarabağ"dan başqa rəqib görürsən?
- "İnter" də yaxşı komandadır. Düşünürəm ki, çempionluq uğrunda elə "Qarabağ", "Qəbələ" və "İnter" mübarizə aparacaq.
- "Zirə" və "Kəpəz" necə?
- "Zirə" və "Kəpəz"in də güclü komandalar olduğu görünür. Hər iki komanda ilk beşlikdə yer alacaq klublardır. Amma düşünürəm ki, "Zirə" və "Kəpəz" Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Vüsal HÜSEYN, Saloniki
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat