"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PAOK-la keçiriləcək oyunöncəsi Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- PAOK-la oyuna hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Futbolçular oyuna hazırdır. Rəqibi yaxşı təhlil etmişik.
- Konkret olaraq rəqib haqda nə bilirsiniz?
- (gülür) Lazım olan hər şeyi öyrənmişik. Rəqibin güclü və zəif cəhətlərini bilirik.
- Səfər görüşündə "Qəbələ"nin qələbə qazanmaq şanslarını necə görürsən?
- Obyektiv danışsaq, qələbə qazanmaq şansımız var. Düzdür, son oyunlarda xal itkisi üzləşdik. Hazırda çətin vəziyyətdəyik. Lakin artıq özümüzü toparlamalı və bu uğursuz tendensiyaya son qoymalıyıq.
- PAOK da son zamanlar uğursuz çıxış edir...
- Belə çıxır ki, hər iki komanda hazırda eyni vəziyyətdədir. Bu futboldur. Belə uğursuzluqlar da ola bilər. Rəqibin oyunlarının videoyazısını izləmişik. PAOK hətta uduzduğu oyunlarda da çox yaxşı futbol nümayiş etdirib. Rəqib çox təhlükəli komandadır. Ona görə də arxayınlaşmaq
olmaz.
- "Qəbələ" artıq uzun müddətdir qələbə qazana bilmir. Bu, komandada hər hansı gərginlik yaratmayıb?
- Təbii ki, bu, heç də xoş hal deyil. Ancaq vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik.
- Komandanın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?
- Bəli, şansımız hələ də var. Bunun üçün həm PAOK-a, həm də "Krasnodar"a qalib gəlməliyik. Amma artıq hər şey özümüzdən asılı deyil. Qrupdan çıxmağımız üçün "Krasnodar" evdə Dortmund "Borussiya"sına uduzmalıdır.
Vüsal HÜSEYN, Saloniki
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat