"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində sabah qarşılaşacaqları PAOK-la oyun haqda danışıb.
Qol.Az-ın Yunanıstana ezam olunmuş müxbirinin xəbərinə görə, ukraynalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Krasnodar"la oyundan bir gün öncə də yağış yağmışdı. Bu sizi narahat etmir?
- Bu, məni ən az narahat edən məsələdir. Eləcə də Antonovu narahat etmir. Bu, bizim üçün problem deyil.
- "Qəbələ" Salonikiyə zədəli futbolçularla gəlib. Hazırda zədəli futbolçularda vəziyyət necədir?
- Dododan başqa bütün futbolçular məşq edirlər. Sadəcə nəzərə almaq lazımdır ki, iki-üç aydan sonra məşqlərə başlayıblar. Bu isə o deməkdir ki, həmin futbolçular optimal formadan uzaqdırlar. Biz yenə də risk edib onlardan bəzilərini əsas heyətə daxil edəcəyik.
- Yunan klublar cari mövsüm Qriqorçukun komandası ilə bacarmır. Sabahkı görüşdə komandanız bu seriyanı davam etdirə biləcək?
- Əlbəttə. Biz sabah ideal oyun sərgiləməyə çalışacağıq. Mən hər hansı bir seriya haqda danışmağı sevmirəm. PAOK-la oyun çətin olacaq. Ancaq istərdim ki, bu seriyanı davam etdirək.
- Qrupda elə vəziyyət yaranıb ki, "Qəbələ" sabah mütləq qələbə qazanmalıdır...
- Qrupdan çıxmaq şansımız özümüzdən asılı deyil. "Krasnodar" - "Borussiya" (Dortmund) matçında istədiyimiz nəticə qeydə olsa, o zaman PAOK-la görüşdəki qələbə bizim üçün önəmli olacaq. Təbii ki, istərdik ki, Rusiyada istədiyimiz nəticə olsun.
- Qrup mərhələsindəki çıxış "Qəbələ"yə, sizə və Azərbaycan futboluna nə verdi və nə itirdiniz?
- Böyük təcrübə qazandırdı. Hansı ki, irəlidə bu, bizə çox lazım olacaq. Biz də çalışırıq ki, daha da irəliləyək. Yaxşı olardı ki, qrup səddini də aşaq. "Qarabağ"a da uğurlar arzulayıram. Ümid edirəm ki, bu klub pley-off mərhələsinə vəsiqə qazanacaq. Nə itirdiyimə gəlincə, vacib xallar itirdik. Hansı ki, bu xalları qazanmağa layiq idik. Biz şikayətlənmirik. Əgər sabahkı görüşlərdən sonra qrupdan çıxmaq şansımız qalsa, bu, mənim üçün böyük hadisə olar. Bu hissi daha öncə yaşamışam. Yenidən yaşamaq istərdim.
- PAOK-dan transfer olunan Fakunda Pereyranın sabahkı görüşdə olmaması sizi planlarınızı nə dərəcədə pozur?
- Əlbəttə, nəzərə alsaq ki, zədəli futbolçularımız var və onlar oyuna tam hazır deyillər. Bu səbəbdən Pereyranın yoxluğu bizim üçün ciddi itkidir. Ancaq PAOK-la öncədən danışığımız belə olub. Ona görə də bu anlaşmaya riayət etmək məcburiyyətindəyik.
- "Borussiya"nın sabah "Krasnodar"la görüşdə əsas heyətlə oynamayacağı gözlənilir. Komandanız "Borussiya"nın vəziyyətində olsaydı, əsas, yoxsa ikinci heyətə şans verərdiniz?
- "Borussiya"nın vəziyyətində olmaq mənim üçün xoş olar. Ancaq futbolçuları əsas və ehtiyat oyunçulara ayırmaq istəmirəm. Sadəcə, əvvəlki oyunlarla müqayisədə nisbətən az forma şansı qazanan futbolçular meydana çıxacaq. Əgər mən də belə vəziyyətlə üzləşsəydim, müəyyən qədər daha az oynamaq şansı qazanan futbolçuları meydana buraxardım.
- Sabakı oyunda qələbəyə çox inanırsınız? Bu nədən irəli gəlir?
- Biz qələbəyə daha istəkliyik və buna inanırıq. Bu, PAOK-un son zamanlardakı uğursuz çıxışı ilə əlaqədar deyil. Sadəcə komanda olaraq qələbəyə köklənmişik.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu