"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PAOK-la keçiriləcək oyunöncəsi Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- PAOK-la görüşdə komandanın şanslarını necə qiymətləndirirsən?
- Çox ağır oyun olacaq. Qələbə qazanmaq şansımız var. İlk oyunda xarakter göstərdik və yaxşı oynadıq. Düşünürəm ki, cavab görüşündə də belə olacaq.
- Rəqib azarkeşlərin stadionu dolduracağı gözlənilir. Bu sizə problem yaratmayacaq?
- Düşünürəm ki, stadionda yaxşı atmosfer olacaq. PAOK azarkeşləri komandalarını yaxşı dəstəkləyirlər. Ancaq bu, bizə problem yaratmayacaq. Çünki ilk dəfə deyil ki, güclü azarkeş təzyiqi altında oynayacağıq. Daha öncə "Panatinaikos" və "Borussiya" (Dortmund) ilə görüşlərdə daha böyük azarkeş ordusu qarşısında çıxış etmişik.
- Son zamanlar zədə səbəbindən əsas heyətdəki yerini itirmisən...
- Zədələnmişdim və bu səbəbdən 3 həftə yaşıl meydanlardan kənarda qaldım. Belədə əsas heyətə düşmək mənim üçün çətin oldu.
- "Qəbələ"nin az da olsa, qrupdan çıxmaq şansı qalır. Səncə, komanda istəyinə nail ola biləcəkmi?
- Düzdür, şansımız qalır. Ancaq həm PAOK-a, həm də "Krasnodar"a qalib gəlməliyik. Eyni zamanda "Krasnodar"ın "Borussiya" (Dortmund) ilə görüşdən xalsız ayrılmasına ümid etməliyik.
- Komandanın Azərbaycan Premyer Liqasındakı çıxışı haqda nə deyə bilərsən? Çempionluq uğrunda əsas rəqiblərinizdən olan "Qarabağ"la 9 xallıq fərqi aradan qaldıracağınız nə dərəcə inandırıcı görünür?
- Buna inanırıq. "Qəbələ"nin çempion olacağına inamımız böyükdür. Düzdür, son oyunlarda uğurlu nəticələr əldə edə bilmirik. Ancaq mövsüm hələ qabaqdadır. Düşünürəm ki, çempion olmaq üçün böyük şansımız var.
- Sabiq komandan "Balıkəsirspor"la pulla bağlı problem yaranmışdı. Məsələ nə yerdə qaldı?
- (Gülür). Bəli, klubla belə bir problem olub. İnanıram ki, bu məsələni müsbət həll edəcəyik.
- Türkiyə klubu borcunu qaytardı?
- Xeyr, hələ ki, pulumu qaytarmayblar. Lazımi sənədləri UEFA-ya göndərmişəm və oradan cavab gözləyirəm.
Vüsal HÜSEYN, Saloniki
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat