"Qəbələ"nun əsas komandasında zədə epidemiyası hökm sürür. Bir neçə futbolçu bu səbəbdən hazırlıqdan kənarda qalıb. Onların bəzilərinin Avropa Liqası çərçivəsində PAOK-a qarşı oynayacağı sual altındadı.
Qol.Az-ın "Qəbələ İK" qəzetinə istinadən yaydığı xəbərə görə, əsas komandanın həkimi Roman Jolobaylyuk bidirib ki, ən ciddi problem kapitan Dodo ilə bağlıdı: “Dododa omba nahiyəsində əzələ dartılması olub. Bunu “İnter”lə oyundan sonra aşkar etdik. Kapitanımız həmin matçın son dəqiqələrində zədələnsə də, əsl fədakarlıq edərək sonadək mübarizə apardı. Belə ciddi zədələr zamanı reabilitasiya prosesi təxminən 3 həftə çəkir. Bu üzdən Luisin PAOK-la səfər matçında iştirakı sual altındadır. Onun müalicəsinin dinamikasına baxıb qərar verəcəyik”.
“İnter”lə ev oyununun hələ ilk hissəsində Sergey Zenyovun da əvəzlənməsi futbolçunun zədələnməsi ilə bağlı olub. Jolobaylyuk hücumçunun Estoniya milli komandasının düşərgəsində tam müayinədən keçdiyini söyləyib: “Zenyovun da omba nahiyəsində əzələsi dartılıb. Ona da 2-3 həftə vaxt lazımdı. Estoniya yığmasının həkimləriylə söhbətdən sonra belə qərara alınıb ki, millinin oyunları zamanı düşərgədə qalsın. Təlim-məşq toplanışı bitən kimi isə komandamıza qayıdıb. Estoniyalı həkimlərin başladığı müalicəni Qəbələdə davam etdiririk. Sergeyin Yunanıstandakı matçadək sıraya dönəcəyinə ümid edirik”.
Zenyov kimi Ermin Zets də zədə üzündən milli komandasına kömək edə bilməyib. Həm də estonlar yoldaşlıq görüşü keçirirdisə, Zetsin üzvü olduğu Bosniya və Herseqovina millisini daha məsul sınaq - İrlandiya yığmasıyla "pley-off" matçları gözləyirdi. Zets həmin müddətdə Xorvatiyanın paytaxtı Zaqrebdə olub: "Erminin onurğa sütununda ağılar var. Prinsipcə, bu, geniş yayılmış zədədi. Belə qərara aldıq ki, Zetsi bu cür zədələr üzrə ixtisaslaşmış klinikası olan Zaqrebə yollayaq. Futbolçumuz orada 10 günlük müalicə kursu keçərək, noyabrın 16-da düşərgəmizə qayıdıb. Zaqrebdəki həkimlər bizə bildirdilər ki, Zetsin müalicəsinin dinamikası müsbətdi və onun tezliklə yaşıl meydana qayıdışı üçün lazım olan hər şeyi ediblər”.
Ruslan Abışov isə milliyə dəvət alsa da, zədə üzündən Moldova yığmasıyla yoldaşlıq görüşü ərəfəsində heyətdən çıxarılıb. Azərbaycan yığmasının müdafiəçisi arxa diz bağlarıyla bağlı xroniki problem üzündən millinin heyətindən kənarda qalıb: “Ruslanla söhbətdə məlum oldu ki, zədə onu müəyyən müddətdir narahat edir. Bu, hava dəyişkənliyi, təbii otdan süni örtüklü meydançaya keçid zamanı özünü daha qabarıq büruzə verir. Abışov fasilə müddətində müalicə olunub və vəziyyəti qaydasındadı”.
Qəbələdəki ardıcıl oyunlar zamanı daha bir legioner - ukraynalı Dmitri Bezotosnı da sıradan çıxıb. Jolobaylyukla söhbətdə “Qəbələ”nin əsas qapıçısının vəziyyətinin yaxşılığa doğru dəyişdiyi məlum olub: “Bezotosnı yaxşı müalicə kursu keçib. Hazırda bərpa prosesi mərhələsindədi. Ümid edirik ki, PAOK-la oyunadək Dmitri də tam döyüşkən vəziyyətdə olacaq”.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır