Həmzə Həmzəoğlu: "Qərara hörmətlə yanaşıram"

Həmzə Həmzəoğlu: "Qərara hörmətlə yanaşıram"
XƏBƏR 19 Noyabr 2015 / 00:28 5984
-  A +

“Qalatasaray”la yollarını ayıran Həmzə Həmzəoğlu ilk açıqlamasını verib.

Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis deyib:

“Klub rəhbərliyi mənimlə davam etmək istəmədiklərini bildirdi. Mən də bu qərara hörmət edirəm. Onlara təşəkkürümü bildirirəm”.

“Vəzifənizdən göndəriləcəyinizi gözləyirdinizmi” sualını Həmzəoğlu cavablandırmaq istəməyib: “Bu barədə çox danışmaq istəmirəm. İndiyədək mənə güvənənlərə, dəstək verənlərə təşəkkür edirəm. Klub rəhbərliyinin qərarına hörmət etmək lazımdır”.

Xatırladaq ki, H.Həmzəoğlu ötən ildən "Qalatasaray"ı çalışdırırdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner