Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Qəbələ”nin 2 futbolçusu da meydana çıxıb. Start “11-liy”ində yer alıb, matça artırılan dəqiqələrdə əvəzlənən Arif Daşdəmirov millidə 10-cu oyununu keçirib. Bu ilin yayında “Qəbələ”yə keçən müdafiəçi “qırmızı-qaralar”ın təmsilçisi kimi 5-ci dəfə yığmanın formasını geyinib.
Matçın 69-cu dəqiqəsində oyuna daxil olan Ürfan Abbasov isə milli komandada debüt edib. 23 yaşlı müdafiəçi “Qəbələ”nin yığmamızda ümumilikdə 17-ci təmsilçisi olub. Ona qədər 16 futbolçu komandamızın üzvü kimi millimizin oyununda iştirak edib.
Onlar arasında rekord Aleksandr Çertoqanova məxsusdur. O, “Qəbələ”də çıxış etdiyi vaxt 13 dəfə millidə oynayıb. Vurğun Hüseynov 10, Mahir Şükürov 9 dəfə “qırmızı-qaralar”ı yığmada təmsil edib.
Azərbaycan millisi ilə yanaşı, Avropanın daha 5 yığması – Sloveniya, Latviya, Serbiya, Bosniya və Herseqovina, Estoniya da “Qəbələ”nin futbolçularının xidmətindən yararlanıb. Klubu bu komandaların hərəsinə 1 futbolçu göndərib.
Qeyd edək ki, Azərbaycan millisinin tarixində “Qəbələ”nin ilk futbolçusu Vurğun Hüseynov olub. O, 2010-cü il martın 26-da Moldova ilə Avstriyadakı yoldaşlıq oyununda (1:1) meydana çıxıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi