"Azərbaycan millisi daha çox qol imkanı yaratdı"

"Azərbaycan millisi daha çox qol imkanı yaratdı"
XƏBƏR 18 Noyabr 2015 / 00:01 4576
-  A +

"İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Oyuna gəlincə, yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı. Bizimlə müqayisədə Azərbaycan millisi daha çox qol imkanı yaratdı".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka millimizə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Stoyka bu oyunda gənc futbolçulara şans verdiyini bildirib: "Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Hansı ki, onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik. Azərbaycan idmanı inkişafdadır. Bu, futbolda da özünü göstərir. İdmanınıza böyük investisiya qoyulur. Bu, öz sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdu. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq”.

Daha çox


Son xəbərlər
15.02.26  17:32

Noyer sıradan çıxdı

15.02.26  14:10

Keyn Top-5-də liderdir

topaz banner