AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- 21 yaşadək futbolçulardan ibarət milli komandamız seçmə mərhələnin növbəti oyununda Rusiyanı 3:0 hesabı ilə məğlub etdi. Komandamızın qələbəsi haqda nə deyə bilərsiz?
- Bu oyuna qədər 3 xalımız var idi. Bu gün daha 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra da komandamız belə inamlı çıxış edəcək. Söhbət tək qələbədən getmir. Yığmamız həm də bu gün 3 qol vurdu. Bu da çox vacib məqamdı. İnanıram ki, gələn oyunlarda da yığmamız bugünki kimi gözəl, inamlı, cəsarətli oyun nümayiş etdirəcək. Millimiz 1, 2 top fərqi ilə öndə olanda da hücum haqda düşünürdü.
- Ramil Şeydayevin Azərbaycan yığmasına dəvət alması hələ də müzakirə mövzusudur, yoxsa bu məsələ artıq qapanıb?
- Bizim qapılarımız həm Ramil Şeydayevin, həm də Ayaz Quliyevin üzünə açıqdı. Əsas odur ki, biz təklifimizi göndərmişik, onlarla görüşümük. Bundan sonra onların vətənpərvər hissləri oynamalı və doğru seçim etməlidirlər.
- Şeydayevin bu gün Rusiya millisinin formasını geyməsi U-21 yığmamız üçün əlavə stimul idi?
- Əslində, hər futbolçu bunu özü üçün stimul kimi qəbul edir. Çünki rəqibin heyətində azərbaycanlı futbolçu var idi. Şeydayev güclü futbolçudu. Belə oyunçunun bizdə olmasını yığmamızın üzvləri də istəyər. Məncə, bu gün onun rəqbin heyətində olması futbolçularımız üçün stimul idi.
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bağlı aparılan araşdırma nə yerdədir?
- Bildiyiniz kimi, bununla bağlı artıq komissiya yaradılıb, onlara müvafiq tapşırıqlar verilib. Nəticələr məlum olduqdan sonra bunu ictimaiyyətə açıqlayacağıq. Komissiya üzvlərinin kimliyini məxfi saxlamışıq. Onların kimliyindən yalnız AFFA və PFL rəhbərliyi xəbərdardır.
- Olmazdı ki, Xaqani Məmmədov araşdırma bitənə kimi vəzifəsindən uzaqlaşdırılsın?
- Biz komissyaya da 60 gün vaxt vermişik. Bu, uzun müddət deyil. Düşündük ki, o işini davam etdirsin. Ola bilər ki, araşdırma daha tez, 4 və ya 2 həftədən sonra da başa çatsın.
Mənbə: futbolxeber.az
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu