Dortmund “Borusiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyun üçün Bakıya gətirməyəcəyini açıqlayıb.
Klubun icraçı direktoru Xans-Yoaxim Vatske Almaniya mətbuatına deyib ki, Mxitaryanı sırf onun təhlükəsizliyinə görə Azərbaycana aparmayacaqlar.
Qol.Az-ın suallarını cavablandıran “Qəbələ” klubunun meneceri Səməd Nəsibov deyir ki:
- Təhlükəsizlik məsələsini qabartmaq yersizdir. Bu məsələni siyasiləşdirmək də olmaz. Onu deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, istər Bakıya Mxitaryan gəlsin, istərsə də Roys. Hər bir oyunumuzda klubun təhlükəsizlik xidmətindən əlavə Daxili Qoşunların əsgərləri və polis əməkdaşları da olur. Bundan əvvəl də gərginlik gözlənilən oyunlarımız olub. Ancaq heç birində xoşagəlməz hallar baş verməyib. Hansısa futbolçuya təhlükə yaranmasından söhbət gedə bilməz.
- Mxitaryana da həmçinin?
- Təbii ki, biz daim UEFA-nın təlimlərində iştirak edirik. Hamı bu oyunların mötəbərliyindən xəbərdardır. Hər kəs bilir ki, bu, Avropa səviyyəli yarışdı və bura gələn heç bir idmançıya qarşı zorakılıq edilə bilməz. Mxitaryan üçün də heç bir təhlükə ola bilməzdi.
- Razısız ki, istənilən halda Mxitaryanın Bakıya gəlməməsi yaxşı oldu?
- Müəyyən ajiotaj yarana bilərdi. Bu baxımdan onun gəlməməyi yaxşı oldu. Ancaq təhlükəsizlik baxımından gəlməyində heç bir problem yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama