Tərlan Əhmədov 50-yə çatdı

Tərlan Əhmədov 50-yə çatdı
GÜNDƏM 19 Oktyabr 2015 / 12:28 1952
-  A +

Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. 
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb.

Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun komandası 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir. 

Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?