Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu
GÜNDƏM 19 Oktyabr 2015 / 11:10 13020
-  A +

“Neftçi”nin U-14 komandasının iştirakı ilə Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirinə yekun vurulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" final matçında Cənubi Osetiyanın “Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb.

4:1 hesabı ilə başa çatmış oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən 2 dəfə Musa Qurbanlı, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Xatırladaq ki, futbolçumuz Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandanın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub (13 qol). Turnirin bütün oyunlarında qələbə qazanmış "Neftçi" qrup görüşlərində Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1), Moldovanın “Spiru Xaret” (4:1), Rusiyanın “Nadejda” (3:2) və Abxaziyanın “Qudauta” (9:0) klublarına qalib gəlib.

Qeyd edək ki, "Neftçi"nin heyətində bombardir olan Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?