“Mançester Siti”nin qol silahı 6 həftə oynamayacaq

“Mançester Siti”nin qol silahı 6 həftə oynamayacaq
GÜNDƏM 15 Oktyabr 2015 / 01:26 3177
-  A +

"Mançester Siti"nin  futbolçusu Serxio Aqueronun zədəsi ciddidir.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "DÇ-2018"in Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvadora qarşı matçın 19-cu dəqiqəsində zədə alıb.
 
Ayağa qalxa bilməyən Argentina millisinin üzvü meydanı xərəklə tərk edib.

Tibbi müayinədən sonra Aqueronun təxminən 40-50 gün meydana çıxa biməyəcəyi bəlli olub. Bu isə o demkdir ki, argentinalı forvard Premyer Liqanın dörd, Çempionlar liqasında isə “Sevilya” ilə hər iki oyunu buraxacaq.

Daha çox


Son xəbərlər