Mourinyo cəzalandırıldı

Mourinyo cəzalandırıldı
GÜNDƏM 15 Oktyabr 2015 / 00:40 5721
-  A +

İngiltərə Futbol Federasiyası “Çelsi”nin baş məşqçi Joze Mourinyonu cəzalandırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb portuqaliyalı mütəxəssisin son turda “Souzhempton”la oyundan sonra hakimləri təhqir etməsi olub.

O, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra hakimləri qorxaq adlandırıb: “Hakimlər “Çelsi”nin leyhinə qərar verməkdən qorxur.  Federasiya istədiyi vaxt məni cəzalandırır, amma digər məşqçilərə qarşı bunu etmirlər”.

Bu açıqlamarına görə, Mourinyonu bir oyunluq cəzalanıb, 50 min funtsterlinq cərimə olunub.

Daha çox


Son xəbərlər