"Birinci işdir, sonra ad günü" – Qara Qarayev

"Birinci işdir, sonra ad günü" – Qara Qarayev
GÜNDƏM 12 Oktyabr 2015 / 23:40 3553
-  A +

“Biz baş məşqçimiz Robert Prosineçki ilə yaxşı yol keçmişik. Seçmə mərhələnin son oyunu bizim çün çox vacibdir. Rəqibimiz çox güclüdür”.

Qol.Az-ın Sofiyaya ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Qara Qarayev Bolqarıstanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

“Bolqarıstan millisi də  seçmə mərhələni qələbə ilə başa vurmaq istəyir. Rəqibin doğma meydanda oynaması işimizi bir qədər də çətinləşdirir” - deyə o qey edib.

Bu gün 23 yaşı tamam olan  “Qarabağ”ın futbolçusu bu barədə düşünmədiyini bildirib: "Yəqin ki, axşam nəsə olacaq. Amma mən hazırda ad günü barədə düşünmürəm. Məşqdən sonra tort kəsəcəyik. Mənim üçün birinci işdir, sonra ad günü”.

Daha çox


Son xəbərlər