Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, o, bunları söyləyib:
"Mən Albaniya yığması ilə Yerevana gəlmişəm. Amma təəssüf ki, meydana çıxa bilməyəcəyəm. Yığmamızın Serbiya ilə son oyununda sarı vərəqə aldım. Bu, seçmə mərhələdə aldığım üçün sarı vərəqə idi. Eşitmişəm ki, kimlərsə bu sarı vərəqəni qəsdən aldığımı iddia edir. Bu, düzgün deyil. Mən ermənilərə qarşı oynamaqdan qorxmuram. Sadəcə, son oyunda belə alındı".
"Ermənilərin mənim "Qarabağ"da oynamağımdan xəbərdar olub-olmadığını bilmirəm. Bu, məni maraqlandırmır da. "Qarabağ"ın futbolçusu olduğum üçün fəxr edirəm. İndi yığma komandamızla birlikdəyəm və Ermənistanı məğlub edəcəyimizə inanıram. Bu oyun bizim üçün çox vacibdir. Bir növ finala bərabər qarşılaşmadır. Biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ona görə də bu gün Ermənistana qalib gələcəyimizə inanıram".
Aqolli bu günün onun üçün önəmindən də söz açıb: "Bu gün mənim ad günümdür. Əminəm ki, komanda yoldaşlarım mənə qələbə hədiyyə edə biləcəklər”.
"Qarabağ"ın müdafiəçisi Azərbaycan yığmasının ötən gün İtaliyaya 1:3 hesabıyla uduzmasına da münasibət bildirib: "Bu oyuna baxa bilmədim. Çünki həmin vaxt məşqdə idik. Təəssüf ki, Azərbaycan yığması bu oyunda uduzdu".
Qeyd edək ki, Albaniya yığması I qrupunda 11 xalla üçüncü pillədə qərarlaşıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı