Toni Adams: "Heç-heçə "Qəbələ" üçün yaxşı nəticə olar"

Toni Adams: "Heç-heçə "Qəbələ" üçün yaxşı nəticə olar"
GÜNDƏM 30 Sentyabr 2015 / 11:28 2578
-  A +

"Krasnodar" güclü komandadır. "Borussiya" ilə oyunun videoyazısına baxmışam. "Qəbələ"dən yaxşı nəticə gözləyirik. Amma başa düşməliyik ki, bu Avropa Liqası turniridir. Gərək bu yarışdan zövq alaq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin direktoru Toni Adams Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışarkən deyib.

Sabahkı görüşün ağır keçəcəyini bildirən T.Adams heç-heçənin də komandası üçün yaxşı nəticə olacağını vurğulayıb: "Oyun çox ağır keçəcək. Fikrimcə, heç-heçə də "Qəbələ" üçün yaxşı nəticə olar. Vaxtı ilə Rusiya klubuna qarşı oynamışam. Həmin vaxt Moskva çox soyuq idi. Bu da oyuna təsir etdi. Ümid edirəm ki, bu dəfə fərqli olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Daha çox


Son xəbərlər