“Ardıcıl ikinci il qrup mərhələsində oynamaq əla olardı. Bilirəm ki, qrup mərhələsinin ab-havası necədir, qol vuranda hansı hissləri keçirirsən. İnanın, bu, çox maraqlıdır. Ümid edirəm, “Qəbələ” qrupdan çıxacaq və mən "pley-off"da oynamaq şansı qazanacağam”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni transferi Vüqar Nadirov "Qəbələ İK" qəzetinə açıqlamasında deyib.
Hələliksə Nadirov “Qəbələ”nin əsas komandasında debüt edəcəyi anı gözləyir. O, bunun üçün yaxşı forma yığmağın vacib olduğunu bildirib:
“Yığmanın üzvü olduğumdan, oynamaq mənim üçün çox önəmlidir. Millimizin baş məşqçisi Robert Prosineçki də iddialı klubda çıxış etməyimizi istəyirdi. Yəqin ki, “Qəbələ” variantı onun üçün də xoş oldu. Əslində, “Qəbələ” hələ təsnifat mərhələsində çıxış edərkən, məni istəyirdi. Ancaq həmin vaxt bəzi səbəblərə görə “Xəzər Lənkəran”ı tərk edə bilmədim. Qarşılıqlı razılığa əsasən, “Qəbələ” ilə 6 aylıq müqavilə bağladıq”.
28 yaşlı hücumçu yeni baş məşqçisi Roman Qriqorçukla işbirliyindən də danışıb. Vüqar zəngin futbolçu təcrübəsinə əsaslanaraq, tez bir zamanda formaya düşəcəyinə inanır: “Oyun praktikası sıradan korluq çəkirəm. Ancaq məndə illərin təcrübəsi toplanıb. Templə çalışıb, əvvəlki formamı qaytaracağam. Qriqorçuk çox tələbkar mütəxəssisdir. Mən də məşqlərdə onun tələblərini yerinə yetirməyə çalışıram. Onun mənə hələ ki əsas heyətdə yer verməməsini normal qəbul edirəm. Öncə “18-liy”ə düşüb, sonra əsas heyətdə yer almağı düşünürəm. Həm yarımmüdafiənin cinahlarında, həm də hücumun mərkəzində oynaya bilirəm. Məşqlərdən hiss edirəm ki, Qriqorçuk məni sağ cinah yarımmüdafiəçisi mövqeyində görür”.
Vüqar “Qəbələ”nin Premyer Liqanın qalibi olmaq uğrunda mübarizədə son 2 mövsümün çempionu “Qarabağ”ı üstələyəcəyinə inanır: “Niyə də olmasın? İkisi də bərabər səviyyəli komandadır. Hesab edirəm ki, “Qarabağ”la matçlarımız çox maraqlı və prinsipial olacaq. “Qəbələ” Avropa Liqasındakı çıxışıyla göstərir ki, çempion olmağa layiqdir".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…