"Ən böyük problem zədəli futbolçularımızın olmasıdır. Bundan başqa heyətdə yeni oyunçular da var ki, onlar uyğunlaşma dövrü keçir".
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib.
Oktyabrın 1-də "Qəbələ" ilə Avropa Liqası matçına çıxacaq komandanın baş məşqçisi gərgin qrafiklə işlədiklərini bildirib. O.Kononov zədəli futbolçulardan danışıb: "Şadam ki, Joazinyo ölkə çempionatının son oyununda meydana çıxdı. Düşünürəm ki, artıq o əsas heyətə qayıtdı. Odil Əhmədov tezliklə hazır olacaq. Ola bilər ki, "Qəbələ" ilə oyunda meydana çıxsın. Maurisio Pereyranın isə meydana çıxacağı vaxt dəqiq məlum deyil".
Baş məşqçi məhz "Qəbələ" ilə keçirəcəkləri növbəti oyundan etibarən pik formaya çıxmaq istədiklərini söyləyib. 49 yaşlı mütəxəssisin sözlərinə görə, bu, bir neçə amildən - bərpa, adaptasiya və s. asılıdır.
O deyib ki, bir neçə oyunçu zədələrdən sonra lazımi formanı yığa bilməyib: "Görünür, bizim məşq prosesində nə isə çatışmır. Bu barədə düşünmək lazımdır. Amma məni qane edən məqamlar da var. Aradan qaldırılması gərəkən səhvlərimizi bilirik. Təəssüf ki, kombinasiyalı oyun üzərində mövsümöncəsi hazırlıq dövründə yox, indi işləməyə məcburuq. Bizə heyəti işlək vəziyyətə gətirmək üçün vaxt lazımdır. Vaxt az olsa da, var. Biz də bundan maksimum dərəcədə səmərəli istifadə edəcəyik".
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" qarşılaşması Bakı vaxtilə saat 00:05-də start götürəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət