“Rəvan”la oyunda az güc sərf etmədik. Böyükhesablı qələbə qazandıq. Təbii ki, qalib gəlmək hər zaman xoşdur”.
Qol.Az-ın Futbolxeber.az-a istnadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin aparıcı üzvü Aleksey Qay Azərbaycan Premyer Liqasının 6-cı turunda "Rəvan"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Ukraynalı yarımmüdafiəçi oktyabrın 1-də Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Krasnodar”a qarşı keçirəcəkləri görüşdən də söz açıb:
“Biz hər oyunda qələbə qazanmaq istəyirik. Krasnodar səfərdində “Qəbələ”dən hər şey gözləmək olar. Şans həmişə var. Hətta şans olmayanda belə”.
Qay qrupdan çıxmaq perspektivi barədə sualı belə cavablandırıb: “Əlbəttə, bizi qarşıda çətin oyun gözləyir. Belə oyunlarda təcrübə toplayırıq. Məqsədimiz hər oyunda xal toplamaqdı. Alınsa, qrupdan da çıxmaq istəyirik. Bunu kim istəməz ki?”
“Qəbələ”nin “19 nömrə”si sonra yenidən Ukrayna millisinə cəlb olunmaq şansı barədə danışıb: “Açığı, bu barədə düşünmürəm. Desəm ki, milliyə çağırılacağımı gözləyirəm, yalan olar. Ümid həmişə olur. Lazım olsam, çağırarlar. Ancaq bu barədə çox da düşünmürəm”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar