Azərbaycan Premyer Liqasının 6-cı turunda "Rəvan"a 3:0 hesabı ilə qalib gələn “Qəbələ” futbolçusu Ruslan Abışov oyundan sonra Qol.Az saytına müsahibə verib.
- "Rəvan"a böyük hesabla gəldiniz. Oyun haqda fikirlərini öyrənək...
- Çətin oyun olacağını bilirdik. Amma biz belə öyrəşmişik. Çünki çempionatda asan rəqib yoxdur. Ona görə də bu oyuna çox ciddi hazırlaşmışdıq. "Rəvan” kimi komandalar bəzən müdafiəyə üstünlük verirlər. Belə komandalarla matçlarda oyunu açmaq üçün erkən qol vurmalısan. Düzdür, qolumuz gecikdi. Amma ilk hissədə istəyimizə nail olduq. Bundan sonra daha rahat oynadıq. İkinci qoldan sonra isə oyunun taleyini həll etmişdik.
- Öz oyunun barədə nə deyə bilərsən? Necə düşünürsən, tam formanı yığa bilmisən?
- Bir qədər zamana ehtiyacım var. Keçmişlə bağlı heç nə danışmaq istəmirəm. Bundan sonra öz oyunum barədə fikirləşməliyəm. Yaxşı forma yığıb, milli komandanın əsas heyətinə düşməyə də çalışacağam.
- Avropa Liqasının qrup mərhələsində oynaya bilməyəcəksən. Bu, sənə çempionat oyunlarında mənfi təsir etməyəcək?
- Əlbəttə, komandaya kömək etməyi çox istəyərdim. Amma komandamızda işinin öhdəsindən yaxşı gələn futbolçular çoxdur. Komandamın qrupdan çıxacağına inanıram.
- Çempionluq yolunda mübarizədə "Qəbələ”nin əsas rəqibi kimi hansı komandanı fərqləndirərdin?
-"İnter”, "Qarabağ” və "Neftçi”ni çempionluqda əsas rəqib kimi görürəm. Amma yenə deyirəm, çempionatda hələ oyunlarımız çoxdur. Bu matçlarda maksimum xallar qazanıb, istəyimizə çatmalıyıq.
- Mövsümün sonunda "Qəbələ”ni "Xəzər Lənkəran”a dəyişdin. İndi isə "Qəbələ”dəsən. Komandada hansı dəyişiklikləri görürsən?
- Komanda oyun fəlsəfəsinə görə, daha da inkişaf edib. Zamanla hər şey daha yaxşı olacaq. Məncə, "Qəbələ” yüksək səviyyəli komandaya çevriləcək. Çünki “Qəbələ”nin çox təcrübəli baş məşqçisi var.
- Baş məşqçi demişkən, Roman Qriqorçukun sənə qarşı münasibətində hər hansı dəyişiklik hiss etmirsən?
- İlk görüşümüzdə onunla qucaqlaşıb-görüşdük. Keçmişdə olanlar keçmişdə qalıb. İndi daha yaxşı münasibətimiz var. Belə məşqçi ilə işləmək mənə zövq verir. Çünki onun təcrübəsindən öyrənəcəyim çox şey var.
Ergün SEYİD
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər