"Anladıq ki, CBC kanalında vaxt məhdudiyyəti var. Ona görə də danışıqlar apardıq. İstərdik gələcəkdə divizionun, əvəzedicilərin, U-19-un və digər çempionatların da oyunları yayımlansın".
Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Tezliklə fəaliyyətə başlayacaq "CBC Sport" telekanalı ilə bağlı danışan E.Məmmədov bildirib ki, AFFA İcraiyyə Komitəsinin bu yaxınlarda keçirilən fövqaladə iclasında sözügedən məsələ müzakirə edilib və əhaliyə açıq bir kanalın yaranması təklif olunub: "Bu, gündəlikdə olan 6-cı məsələ idi. Razılaşdıq ki, yeni idman telekanalının açılmasını hələ açıqlamayaq. Çünki AFFA işə təsisçi kimi daxil olub. CBC çoxsaylı paya sahib olur, federasiya isə texniki məsələləri həll etməyə çalışır".
Baş katibin sözlərinə görə, Azərbaycan Premyer Liqasının yayım hüququ ilə bağlı elan olunmuş tenderdə futbol verilişləri və uşaq futbolunun çəkilişlərinin olması göstərilib və CBC bununla razılaşıb. E.Məmmədov deyib ki, CBC-nin idman kanalı olmaması yeni layihənin yaranmasına səbəb olub:
"CBC idman kanalı deyil və onların idmana və futbola ayırdığı vaxt məhdud olacaq. Oyunu göstərəcək, bir veriliş veriləcək və bununla da kifayətlənəcəklər. Amma biz həftədə iki-üç verilişin hazırlanmasını, uşaq liqalarının da göstərilməsini istərdik. Kanalı təsis etməyə vaxt tələb olunur. CBC dövlət strukturlarına müraciət etdi və "CBC Sport"a lisenziya verildi. Artıq oktyabrın 1-dən və ya bundan bir neçə gün sonra yayıma başlaya bilərlər. Oyunları yayımlamaq üçün Türkiyədən Çempionlar Liqası, Avropa Liqası çəkilişlərində iştirak edən xüsusi komanda dəvət etmişik və CBC onlarla müqavilə bağlayıb. Hazırda onlar fəaliyyət göstərir və İlham Rüstəmov baş direktor təyin olunub. O, azərbaycanlıdır, Rusiyanın "NTV Sport", "Naş futbol" telekanallarında rəhbər vəzifələrdə işləyib. CBC-nin efirində çox keyfiyyətli yayım görürük. "CBC Sport" təkcə futbol yox, digər idman növlərini də işıqlandıracaq. İnanırıq ki, uğurlu bir layihə olacaq".
E.Məmmədov Avropa, dünya futboluna olan marağı nəzərə alaraq, həm "İdman Azərbaycan", həm də "CBC Sport"un tamaşaçılara idman yarışlarını təqdim etməsini müsbət dəyərləndirib: "Məsələn, Bundesliqa oyunu gedə-gedə eyni vaxtda İngiltərə Premyer Liqasının, Fransa, İtaliya çempionatının oyunları keçirilir. Bir kanal bunu göstərə bilməz. Azərbaycanda da Premyer Liqadan başqa digər liqalara azarkeşlik edənlər var. Rusiya, Türkiyə, İspaniya və s. ölkələrin çempionatları keçirilir. Bunu nəzərə alaraq demək olar ki, bir idman kanalı yetərli deyil. İki kanalın olması idmanın xeyrinədir. Söhbət yalnız futboldan yox, bütün idman növlərindən gedir. Bu gün Azərbaycan futbolunu tərifləsək, deyə bilərik ki, bütün yaş qruplarını əhatə edən və mütəmadi davam edən yeganə idman növüdür. Kubok və liqa yarışları avqustda başlayır və mayadək davam edir. İyulda Avropa Liqası və Çempionlar Liqası başlayır. Yəni, futbol hərəkətliliyi var".
AFFA rəsmisinin sözlərinə görə, müxtəlif idman yarışlarının tamaşaçılara çatdırılması vacib amildir. O bildirib ki, bu amil tamaşaçılardan əlavə futbolda çalışanların da xeyrinədir: "Bu yaxınlarda bizə müraciət etmişdilər ki, "CBC Sport" Braziliya çempionatını göstərəcək, ya yox?Bu onu göstərir ki, Azərbaycanda Braziliya çempionatına baxanlar var. Bu gün bizdə braziliyalı futbolçular oynayırsa, deməli, seleksiyaçılar, məşqçilər həmin liqalara baxıb futbolçu seçə bilərlər. Ona görə də ikinci idman kanalının olması müsbət haldır. Nəzərə alaq ki, "CBC Sport" sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək. Bu da vacib amildir. İnsanlar hərdən gecə də futbola baxmaq istəyirlər".
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər