Qurban Qurbanov: "Kəpəz" tərifəlayiq futbol oynadı"

Qurban Qurbanov: "Kəpəz" tərifəlayiq futbol oynadı"
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2015 / 19:35 7098
-  A +

“İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm".
 
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyundan (3:2) sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov "Kəpəz"in Avropa Liqasında oynamağa layiq komanda olduğunu bildirib: "Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq”. 

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq