"Topu qapıda görəndə, üzümü tutdum"

"Topu qapıda görəndə, üzümü tutdum"
VİDEO 17 Sentyabr 2015 / 16:52 7354
-  A +

"Roma"nın futbolçusu Alessandro Florensi Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə 1:1 bərabərə qaldıqları oyun haqda danışıb.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu "Barselona"nın qapısına vurduğu möhtəşəm qolu belə şərh edib:
 
"Həmin epizodda Dzekonun topu qəbul etməyə hazır olmadığını gördüm və qapıya zərbə endirmək qərarına gəldim. Möhtəşəm qol alındı. Sevincim hədsiz idi. Topu qapıda görəndə üzümü tutdum. Çünki belə zərbə nadir hallarda qol olur. Oyuna gəlincə, sonadək mübarizə apardıq. Hamımızın bir məqsədi var idi: uğurlu nəticə qazanmaq. Komanda olaraq yaxşı çıxış etdiyimizi düşünürəm. Dünyanın ən yaxşı komandasının qarşısını aldıq. Vurduğum qol çox önəmli idi. Çünki komandama bir xal qazandırdı".

Qeyd edək ki, "Roma" - "Barselona" oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır