14 il sonra gələn qol (VİDEO)

14 il sonra gələn qol (VİDEO)
VİDEO 9 Sentyabr 2015 / 16:09 6232
-  A +

"Avro-2016"nın seçmə mərhələsində Litva ilə matç San Marino yığması üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, rəqibinə 1:2 hesabı ilə uduzan San Marino millisi 14 il sonra ilk dəfə səfərdə qol vurmağı bacarıb.

Yığmanın yeganə qoluna matçın 55-ci dəqiqəsində cərimə zərbəsindən Matteo Vitayoli imza atıb.

Qeyd edək ki, San Marino yığması sonuncu dəfə 2001-ci ildə səfərdə Latviya ilə matçda fərqlənib. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.

Daha çox


Son xəbərlər