Pietro Gedin: “Daha çox şeyə ümid edirdik”

Pietro Gedin: “Daha çox şeyə ümid edirdik”
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2015 / 01:19 5507
-  A +

“Bu gün yaxşı çıxış etdik. İtaliya millisi ilə oyunda çox güc sərf etmişdik”.

Qol.Az-ın AFFA-nın saytına istinadən bu sözləri Maltanın baş məşqçisi  Pietro Gedin millimizlə oyundan (2:2) sonra deyib.

O, nəticədən razı qalmadığını bildirib: “İlk qoldan sonra komandamız özünə gəldi. Müdafiə xəttinin səhv buraxması normal haldır. Azərbaycan millisinin vurduğu ikinci qolda bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər olur. Nəticədən razı qalmadım. Daha çox şeyə ümid edirdik. Azərbaycan millisi yaxşı komandadır. İtaliya yığması ilə oyundan sonra üzərimizdə çox təzyiq var idi. Əsas odur ki, birinci qoldan sonra toparlandıq”.

Daha çox


Son xəbərlər