"Hava çox isti idi. Komandamı təbrik edirəm. 8 aydır Azərbaycandayam və bütün oyunları nəzərə alsaq, bu gün ən yaxşı şəkildə oynadılar".
Qol.Az-ın “sportnet.az”a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
“Avro-2016”nın seçmə qrup mərhələsində Malta oyun haqda fikirlərini bildirən baş məşqçi bunları söyləyib: "
Rəqib hesabda öndə olan zamanda da hücum futbolu oynadıq. Öz səhvlərimizi bilirəm. Rəqib qapıya 3 dəfə zərbə vurdu və 2-si də qol oldu. Bizdə isə 21 zərbə oldu, amma qol vura bilmədik".
Xorvatiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan bu qarşılaşmada 2 xal itirib: "Ancaq futbolda belə hallar olur. Səhv edirsən və rəqib səhvləri bağışlamır. Yaxşı çıxışımıza baxmayaraq rəqib səhvlərimizi bağışlamadı. Azərbaycan futbolunu yaxından izləyirəm. Oyuna təkrar baxsaq, millinin gözəl oynadığını görərik. Con Terri kimi futbolçular da səhv edir. Məsələni yorğunluqla əlaqələndirməzdim".
Rahid Əmirquliyevin dublundan danışan baş məşqçi hücum xəttinin çıxışını dəyərləndirib: "Ruslan meydançada çox çalışdı. İkinci qolun son ötürməsini Ruslan etdi. Bu gün Maltanın qapıçısının günü idi. Mən Ruslandan razı qalmışam. Bu istidə belə mübarizə aparan futbolçularla fəxr etməliyik".
Qeyd edək ki, Malta - Azərbaycan matçı 2:2 hesabı ilə başa çatıb.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu