"Xorvatiya da əmin oldu ki, Azərbaycan millisi hədiyyə deyil"

"Xorvatiya da əmin oldu ki, Azərbaycan millisi hədiyyə deyil"
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2015 / 13:56 12382
-  A +

İtaliya millisinin baş məşqçisi Antonio Konte "Avro-2016"nın seçmə mərhələsində Maltaya qalib gəldikləri oyun (1:0) haqda danışıb.
 
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan Azərbaycan - Xorvatiya matçına da toxunub:

"Meydana yalnız qələbə üçün çıxmışdıq. Lakin qol epizodlarından yararlana bilmədikcə, qələbə də təhlükə altına düşür. Bununla belə, şadam ki, qalib gələrək liderliyə yüksəldik. Bolqarıstanla görüşdə də 3 xal qazanmağa çalışacağıq.

Qrupumuzdakı komandalar zəif deyil. Dünənki oyunlardan sonra anlamalıyıq ki, heç bir komanda rəqibinə asanlıqla təslim olmur. Malta və Azərbaycan milliləri hədiyyə deyil. Onlara qarşı oynamaq çətindir. Xorvatiya da buna əmin oldu. Artıq futbol bütün ölkələrdə inkişaf edir. Heç bir rəqibi daha 1 ayaqla məğlub edə bilmərsən".

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu