"Nə qədər gizlətsək də, on ay idi ki, bu oyunu gözləyirdik. Acı məğlubiyyətin əvəzini çıxa bilməzdik, amma əzmkar oyun sərgiləmək istəyirdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
R.Sadıqov komandasının sonadək mübarizə apardığını vurğulayıb: "Böyük hesablı məğlubiyyətdən sonra bütün idman ictimaiyyəti və azarkeşlərin bizdən incidiyini bilirdik. Biz də səfərdəki uğursuzluğu unutdurmağa çalışdıq. Sona qədər mübarizə apardıq. Bəzi çatışmazlıqlar oldu ki, bu da təbiidir. Çünki qarşımızda ustalıq səviyyəsi yüksək olan bir komanda var idi. Əsas odur ki, məğlub olmadıq. Belə oyunlarda 1 xal da bizim üçün uğurdur".
33 yaşlı futbolçu bu oyunda qazanılan bir xalın onun üçün çox önəmli olduğunu bildirib: "Artıq 33 yaşım var. Karyeramın sonuna yaxınlaşıram. Qarşıdakı illərdə yığmada oynayıb-oynamayacağımı bilmirəm. Ona görə də belə oyunlar mənə şirin gəlir və qazanılan uğurlu nəticələr bizi sevindirir. Qazanılan hər xal və yaxşı nəticə mənim üçün çox önəmlidir".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu