"Biz bacarmadıq" – Niko Kovaç

"Biz bacarmadıq" – Niko Kovaç
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2015 / 23:20 12565
-  A +

“Biz 90 dəqiqə qol vurmaq üçün çalışdıq. Təəssüflər olsun ki, bacarmadıq. Azərbaycan düzgün müdafiə olundu. Görünür ki, Prosineçkinin gəlişindən sonra Azərbaycan millisi düzgün futbol oynayır, tək müdafiə olunmur”.


Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç "Avro-2016"nın seçmə mərhələsində yığmamızla oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, qalib gələ bilməmələrinin səbəbini belə izah edib: “Bir neçə futbolçum qol imakanından istifadə edə bilmədi. Sözsüz ki, rəqib də düzgün müdafiə olundu. Ancaq biz 8-9 qol şansını qaçırdıq”.

N.Kovaç komandanın kapitanı Luka Modriçi əvəzləməsinin səbəbini də deyib: "Modriçin zədəsi yoxdur. Sadəcə bizim 3 gündən sonra çətin oyunumuz olacaq. Hava isti idi, rəqib də güclü oynadı. Növbəti matçı da nəzərə alıb Modriçi əvəzlədim".

N.Kovaç millimizin “pley-off”a çıxmaq şansını da dəyərləndirib: "Getdikcə oyunların sayı azalır. Azərbaycanın cəmi beş xalı var. Üçüncü pillədə olan Norveçin isə 10 xalı var. Məncə, komandanızın “pley-off”a çıxmaq şansı çox azdır".

Daha çox


Son xəbərlər