“Şübhəsiz ki, qrupumuzun favoriti “Borussiya”dır. "Krasnodar"da daxil olmaqla, digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq. Bu üç komandanın qrupdan çıxmaq şansları bərabərdir”.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Rusiya təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, Dortmund “Borussiya”sı və PAOK-la eyni qrupda mübarizə aparacaq.
O.Kononov hər üç rəqibin ona tanış olduğunu bildirib:
"Karpat"ın baş məşqçisi olanda “Borussiya” və PAOK-la qarşılaşmışam. “Borussiya” ilə Lvovda keçirdiyimiz gərgin qarşılaşmanın sonunda 3:4 hesabı ilə uduzmuşduq. PAOK-la "pley-off" mərhələsinin oyununda onları keçməyi bacarmışdıq. PAOK ciddi ənənələrə sahib klubdur. Azarkeşlər komandalarını yaxşı dəstəkləyirlər. Yunanıstanda oynamaq çətin olacaq".
A.Kononov “Qəbələ” barədə də fikirlərini bölüşüb:
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku yaxşı tanıyıram. O, Ukrayna klubları ilə çalışmış güclü mütəxəssidir. İndi "Qəbələ"də bir neçə ukraynalı futbolçu çıxış edir ki, onlar mənə tanışdır. Buna görə də "Qəbələ" ilə də hesablaşmaq lazımdır".
"Krasnodar"ın baş məşqçisi hər oyuna qələbə üçün çıxacaqlarını bildirib:
"Borussiya"da daxil olmaqla bütün rəqiblərimizə qalib gələ bilərik".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq