"İnana bilmirəm. Bu "Qəbələ" və Azərbaycan futbolu üçün önəmli bir gün idi".
Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.
Braziliyalı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanmağa layiq olduğunu bildirib: "Biz tarix yazdıq. "Panatinaikos"la matç bizim üçün önəmli idi. Rəqib cütün favoriti olsa da, biz onlardan qorxmadıq. Bunun üçün əsas da yox idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan yaranmışdı. Biz də bunun öhdəsindən gəldik. "Qəbələ" buna layiq idi. "Panatinaikos" yaxşı komandadır, ancaq futbolda məğlubiyyət qaçılmazdır. Artıq qrup mərhələsindəki hədəflərimiz daha böyük olacaq".
Vurduğu iki qola da münasibət bildirən Dodo deyib: "İki qol vurduğum üçün xoşbəxtəm. Bu, komandanın qələbəsidir. Bütün komanda yaxşı çıxış etdi. Üzərimizdə böyük təzyiq var idi. Ancaq "Panatinaikos"a lazımi vaxtda qollar vurduq. Bu, çox gözəl gecə idi".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq