"Panatinaikos"un futbolçusu Darinel Pranyiç Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcə “Qəbələ” ilə ilk oyununuz haqda danışaq. Matçın favoriti hesab olunsanız da, qələbə qazana bilmədiniz.
- “Qəbələ” bizə tanış rəqib deyil. Bununla belə, yaxşı komanda olduğunu deyə bilərəm. Demək olar ki, bütün mövqelərdə dəqiq oynayırlar. Əsas məqsədimiz Bakıda qol buraxmamaq idi. Buna da nail olduq. Qələbə qazana bilməsək də, qrupa düşəcəyimizə inanıram.
- “Qəbələ” Bakıda sizə gözlədiyiniz kimi müqavimət göstərdi?
- Rəqib sabit oyun sərgiləmir. Ona görə də onları analiz etmək asan iş deyil. Belə komandalara qarşı oynamaq çətindir. “Apollonla” matçlarını izləmişdim. Çox yaxşı mübarizə aparırdılar. Bilirdik ki, Bakıda işimiz asan olmayacaq.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Biz sadəcə, səfərdə risk etmək istəmədik. Qol vurmaq üçün də çalışdıq, amma rəqib buna imkan vermədi. Sıradan bir komandaya qarşı oynamırdıq. “Qəbələ” Avropa Liqasının pley-off mərhələsində oynayırsa, deməli, asan rəqib deyil. Rəqibimiz ilk matçda göstərdiyi oyunla nə qədər təhlükəli olduğunu sübut etdi.
- Yəni cavab matçında “Qəbələ” sizin üçün sürpriz edə bilər?
- Qeyd etdiyim kimi, “Qəbələ” stabil futbol oynamır. Ona görə də onlardan hər şey gözləmək olar. Amma biz buna imkan verməyəcəyik. Yunanıstanda qələbə qazanıb qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq.
- Demək istəyirsən ki, Avropa Liqasının qrupuna düşmək üçün "Qəbələ"nin heç bir şansı yoxdur?
- Bu, futboldur. Hər şey ola bilər. Sadəcə demək istədiyim odur ki, biz şansımızı əldən vermək istəmirik. Doğma meydanda oynayacağıq. Buna görə də bütün diqqətimizi cavab matçına yönəldib, mütləq qol vurmalıyıq.
Ergün SEYİD
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı
"Araz-Naxçıvan"dan Tərlan Əhmədli qərarı
Bombardir "Şamaxı"dan getdi
"Arsenal" Premyer Liqa rekorduna imza atdı
Bombardir və mövsümün ən yaxşı hücumçusu oldu
Sergey Yuranın yeni klubu
Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
Azərbaycan millisində baş məşqçi ayrılığı
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
Tanınmış qapıçı karyerasını başa vurdu
“Neftçi”də qalmağı çox istəyirəm" - Elvin Camalov
Azərbaycan U-20 millisinin heyəti açıqlandı
Nəriman yenə oynamadı
Keyn "Qızıl buts" qazandı