“Biz çox yollardan keçmişik” – Rəşad Sadıqov

“Biz çox yollardan keçmişik” – Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 22 Avqust 2015 / 00:52 10380
-  A +

“Qarabağ”ın  kapitanı Rəşad Sadıqov  Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la keçirilən ilk oyunu (1:0) haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu qələbənin asan olmadığını deyib: "Gözlədiyimiz kimi, qarşılaşma bizim üçün çətin keçdi. Bilirdik ki, rəqibimiz hücum etməyi sevən komandadrı. Buna hazır idik. Siz də gördünüz ki, oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Biz çalışırdıq ki, bəzi anlarda topa nəzarət edək, eyni zamanda rəqibin pressinq cəhdlərinin qarşısını alaq. Başqa yolumuz yox idi. "Yanq Boyz" daim irəli atılırdı”.

R.Sadıqov ilk oyunda qazanılan qələbəyə baxmayaraq cavab matçında işlərinin daha çətin olacağını bildirib: “Komanda olaraq nəticəni unutmuşuq. Çünki 1:0 elə nəticədir ki, səfərdə, yaxud evdə qazanılmasından asılı olmayaraq arxayınlaşmağa əsas vermir.

"Honka"yla oyunda da bu hesabla qələbə qazanmışdıq, Bakıdakı oyunda isə fasiləyə qədər 1:1 oldu, xeyli həyəcanlandıq. "Visla"nı da səfərdə eyni hesabla yenmişdik, amma burda 3:0 hesabını 3:2-yə çevirməyə bacardılar. Qarşıda daha bir 90 dəqiqə gözləyir. Bir çox yollardan keçmişik, bu cür hisslər bizə tanışdrı. Eyni zamanda, rəqibimizi daha yaxşı tanımaq imkanı əldə etdik.

R.Sadıqov komanda yoldaşı Riçar Almeydanın möhtəşəm qolunu belə şərh edib: “Almeydanın qolu haqda onu deyə bilərəm ki, yaxşı zərbə vurdu və hər şey uğurlu alındı. Məqsədimiz məğlub olmamaq idi. Bilirdik ki, ilk oyunu səfərdə məğlub olandan sonra işimizi xeyli çətinləşdirərik. Oyundan əvvəl minimal hesablı qələbəyə də razı olardıq, şükürlər olsu ki, qələbə qazandıq".

Mənbə: Sport7.az

Daha çox


Son xəbərlər