Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Yanq Boyz"u 1:0 hesabı ilə məğlub edən "Qarabağ" bu gün axşam saatlarında İsveçrədən Bakıya qayıdıb. Heydər Əliyev adına hava limanında Sport7.az saytına müsahibə verən ağdamlıların baş məşqçisi Qurban Qurbanov maraqlı açıqlamaları ilə yadda qalıb.
- Əvvəlcə İsveçrədə baş tutan qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Səfərdən sərfəli nəticə ilə qayıtdığımızı düşünə bilərik. Ancaq futbolçular çox əziyyət çəkdi. Qalib gəlməyimizə baxmayaraq, həqiqətən də çətin komandaya qarşı oynadıq. Bizim düşünmədiyimiz hücumları qurub komandamıza çətin anlar yaşatdılar. Bunun şahidi olduq. Oyundan sonra da bildirdim ki, üstünlüyümüz var. Amma bu, onları cavab oyununda daha məsuliyyətli edəcək. Bakıdakı qarşılaşmaya daha ciddi yanaşacaq. Bizi çox ağır oyun gözləyir.
- "Yanq Boyz"un buna qədər bir neçə oyununu izləmisiz. Ümumiyyətlə, baş məşqçinin istefa verməsi rəqibinin oyununa təsir edibmi?
- Bildiyiniz kimi, köməkçi məşqçi komandada qalıb. Onunla Uli Förte bir yerdə işləyib. Komandanın oyununda elə bir dəyişiklik olmadı. Olsaydı, bizim üçün daha çətin olacaqdı. Çünki yeni gələn baş məşqçi tamam fərqli oyuna üstünlük verəcəkdi ki, bu da bizim ziyanımıza olacaqdı. Öz sistemlərində oynayıb, istədikləri futbolu sərgilədidilər. Sadəcə, biz qol imkanından istifadə edə bildik.
- "Qarabağ"ın suni ot örtüyündə oynamağı sevmədiyini bilirik. "Yanq Boyz"la matçı belə ot örtüyündə oynamağınız işinizi çətinə salmadı ki?
- Çətinlik yüzdə yüz oldu. Çünki İsveçrədəki suni ot örtüyü fərqli idi. Oynadığımız topa da uyğunlaşmamışdıq. Futbolçular çox yoruldu. Hazırda yaxşı istirahətə ehtiyac var.
- Artıq "Qarabağ" növbəti dəfə qrup mərhələsinə düşməyin bir addımlığındadı. Bunu gerçəkləşdirmək üçün nəyə ehtiyac var?
- Üstünlüyümüz qoruyub saxlamlıyıq. Ola bilər ki, rəqibin oyunu tam istədiyi kimi alınmadı. Amma bunun Bakıda alınacağı istisna deyil. Buna hazır olmalıyıq. Rəqibin təcrübəsi çoxdu, topla yaxşı rəftar edən futbolçuları var. Bakıda daha diqqətli və səbrli oynamalıyıq.
- Riçard Almeydanın vurduğu qolu bir sözlə necə şərh edərdiz?
- Siz necə düşünürsüzə, mən də elə - əla!
- Bakıda sıfırdan oynayacaqsız, yoxsa hesabı qorumğa çalışacaqsız?
- Futbol elə bir oyundu ki, rəqib nə qədər imkan verirsə, o qədər də oynayırsan. Sadəcə, biz rəqibin hücumlarına hazır olmalıyıq. Oyunun gedişində öz düşündüyümüz oyunu ortaya qoymalıyıq. Hər imkan olduqca, qol vurmağa çalışacağıq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video