"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının pley-off mərhələsinin "Panatinaikos"la ilk oyunundan (0:0) sonra Qol.Az saytına müsahibə verib
- “Panatinaikos” kimi rəqiblə qolsuz heç-heçə sizi üçün necə nəticədir?
- Düşünürəm ki, başabaş mübarizə apardıq. Qol epizodlarımız da oldu, hətta qələbə qazana bilərdik. Qolsuz heç-heçəni də pis nəticə hesab etmirəm. Doğma meydanda qol buraxmadıq. Çalışacağıq səfərdəki oyunla mərhələni keçə bilək.
- Məğlub olmasanız da, “Qəbələ” komandanız elə də yaxşı təsir bağışlamadı.
- Düzdür, matçın sonlarına yaxın yorğunluq var idi. Amma ümumi götürdükdə, şanslarımız az deyildi. Bu cür təcrübəli, güclü rəqiblə oyunda 3-4 real qol epizodu yaratmaq asan deyil. Sadəcə, əlimizə düşən imkanlardan yararlana bilmədik.
- Cavid Hüseynovun yoxluğu yarımmüdafiə xəttində işinizi çətinləşdirirdi?
- Onun yoxluğu tək mənim yox, komandanın oyununu çətinləşdirirdi. Çünki Cavid topla oynamağı sevir, hər an təhlükəli hücumlar yaradırdı. Cavidin yoxluğu istər-istəməz komandanın oyununa təsir etdi.
- Artıq rəqibi daha yaxşı tanıdınız. Cavab oyununa hansı ümidlə yollanacaqsınız?
- Çalışacağıq ki, yaxşı nəticə qazanaq və Avropa Liqasının qrupuna düşək. Bunun üçün də əlimizdən gələni edəcəyik.
- Rəqibin əksər oyunçuları hündürboyludurlar. Bu amil hava mübarizələri zamanı çətinlik yaradırdımı?
- Belə hallaraq öyrəşmişik. "Çukariçki"nın futbolçuları bunlardan daha hündürboy idilər. Sadəcə, "Panatinaikos"un futbolçularının üstün tərəfi topla daha yaxşı rəftar etmələri idi. Onsuz da Avropada hamı bizdən hündürboyludur. Oynamağa məcburuq.
- Oyundan sonra rəhbərlik futbolçularla görüşdü?
- Adətən rəhbərlik cavab matçından sonra paltardəyişmə otağına gəlir və futbolçularla görüşür.
- Deyilənə görə, mərhələ keçəcəyiniz halda rəhbərlik komandaya 500 min mükafat vəd edib. Doğrudurmu?
- Xeyr. Bu haqda biz heç nə bilmirik. Çünki rəhbərlik oyundan əvvəl mükafatın məbləğini demir. Mərhələ adladıqdan sonra bu rəqəmi açıqlayırlar. İndiki halda yazılanlar həqiqətə uyğun deyil.
- Avqustun 23-də Azərbaycan Premyer Liqasında da matçınız var. Belə sıx qrafiklə oynamaq çətinlik yaratmır?
- Avropada bütün klublar 2-3 gündən bir oynayır. Biz də inkişaf etmək üçün bu qrafiqə uyğunlaşmalıyıq.
- "Panatinaikos"un adı, tarixi var. “Qəbələ”nin futbolçuları belə bir rəqibi keçəcəyinə inanırmı?
- Komanda yoldaşlarımda qələbəyə inam var. İlk oyunda da inanaraq mübarizə apadıq. Meydanın durumunun yaxşı olmamağı ötürmələrdə dəqiq oynamağımıza mane olurdu. Yer palçıq idi. Bəlkə də suyu çox vermişdilər. Torpaq ayağımızın altından qaçırdı. Əvvəlki oyunlarla müqayisədə qazon yaxşı deyildi. Bütün bunlara baxmayaraq çalışdıq ki, qələbə qazanaq. Yəni rəqibin adından çəkinmirdik.
- Çılğın yunan azarkeşlərinin qarşısında necə, oynamağa hazırsınız?
- Əlbəttə. Kiprdə o cür tərbiyəsiz azarkeşlər qarşısında oynadıq. Onları gördükdən sonra hər şeyə hazırıq. Amma "Panatinaikos" köklü komanda, azarkeşləri isə mədəniyyətlidirlər. Onlar oyuna sadəcə öz çılğılıqlarını qatacaq, tərbiyəsizlik etməyəcəklərinə inanıram. Ona görə də Yunanıstanda oynamaq rahat olacaq.
Ergün SEYİD
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video